Accessibility links

Dünən Qəzza Zolağı yaxınlığındakı yoxlama məntəqəsində silahlı şəxslər misirli 16 sərhəd mühafizəçisini qətlə yetirəndən sonra təhlükəsizlik xidmətinin avtomobilini ələ keçirərək İsrailə keçməyə çalışıb.

Misir dövlət mediası bildirir ki, Qəzzadan və Sinay yarımadasından olan islamçı yaraqlılar mühafiəçilər Ramazan iftarını açan zaman hücum həyata keçiriblər.

İsrail ordusunun məlumatına görə, yaraqlılar Misir təhlükəsizlik xidmətinə məxsus iki avtomobili İsrail sərhədi doğru sürüb. Ordu bildirir ki, maşınlardan biri partladılıb və ikinci avtomobil sərhədi keçdikdən sonra İsrailin hava hücumu sayəsində zərərsizləşdirilib.

İsrail rəsmiləri 7 yaraqlının öldürüldüyünü bildirib. Onlardan 4-ü sərhədin İsrail tərəfində, 3 isə Misir tərəfində zərərsizləşdirilib.
XS
SM
MD
LG