Accessibility links

Bu gün Azərbaycanın Olimpiya komandasının iki taekvondoçusu yarışlara qatılıb. Kişilər arasında 80 kq-da mübarizə aparan Ramin Əzizov amerika taekvondoçusu Steven Lopezə qalib gəlib. 2 dəfə Olimpiya çempionu olmuş amerikalı idmançının aktivində bir Olimpiya bürüncü var. O, habelə 5 qat dünya çempionudur. İlk raundda 1-0 hesabı ilə məğlub olmasına baxmayaraq Azərbaycan təmsilçisi ikinci raundda 2 xal qazanmağa nail olub:2-1. 3-cü həlledici raundda isə 1-1 hesabı qeydə alınıb və Ramin Əzizov güclü rəqibini 3-2 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə axşam saat 7:15-də başlayacaq döyüşdə Əzizovun rəqibi İtaliya təmsilçisi Mauro Sarmiento olacaq.

Qadınlar arasında 67 kq-da mübarizə aparan Fəridə Əzizova isə ilk döyüşdəcə Kanadalı idmançıya 1-0 hesabı ilə məğlub olub.

Bu gün axşam saatlarında artıq ən azı bürünc medalı təmin etmiş iki boksçumuz da rinqə çıxacaq. Qalib gələcəkləri təqdirdə onlar finala çıxacaq, məğlub olsalar isə bürünc medalla kifayətlənəcək.
XS
SM
MD
LG