Accessibility links

Olimpiada: Azərbaycan 10 medalla 30-cu oldu


XXX London Yay Olimpiya Oyunları bağlanış mərasimindən öncə öz drammatikliyi ilə yadda qalıb.

Azərbaycan komandası Olimpadanın son günündə də medal xəzinəsini zənginləşdirməyi bacarıb. Belə ki, kişilər arasında 96 kq-da mübarizə aparan keçən Olimpiadanın bürünc mükafatçısı Xetaq Qazyumov bu il də 3-cü yerlə kifayətlənib. Azərbaycan 10 medalla Olimpiadada 30-cu yeri tutub.

ABŞ azarkeşləri Amerika basketbol yığmasının finalda İspanıyanı məğlub edərək ölkəyə 46-cı qızıl medalı qazandırmasına sevinib. Xorvat kişilər isə Voterbol üzrə Olimpiya çempionu olub və Xorvatiyaya 3-cü qızıl medalı qazandırıb. Uqandalı Stefen Kiprotiç kişilərin marafon qaçışının qalibi olub. Bu, Uqandanın son 40 ildə qazandığı ilk qızıldır. Olimpiadanın son müsabiqəsi isə qadınlar arasında pentatlon yarışları olub.

Bundan sonra bağlanış mərasimi üçün mərkəzi stadion hazır vəziyyətə gətirilib. İlkin xəbərdarlıqlara bağmayaraq təşkilatçılar nəqliyyət və təhlükəsizliklə bağlı heç bir problemin qeydə alınmadığını bildirib.

Böyük Britaniyanın baş naziri Deyvid Kameron bağlanış mərasimində nitq söyləyərək ev sahibi ölkənin Olimpiadada 3-cü yerə çıxmasını alqışlayıb.

ABŞ 104 medalla Olimpiadanın qalibi, Çin isə ikincisi olub. Bağlanış mərasimi zamanı Olimpiada məşəli Londondan 2016-cı ildə Oyunların keçiriləcəyi Rio De Janeyroya ötürülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG