Accessibility links

Amerikalı ekspert: Pis infrastruktur zəlzələ qurbanlarının sayını artırır [Audio]


ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin geofiziki Paul Karuso İran Azərbaycanında baş vermiş zəlzələ barədə Amerikanın Səsinə danışdı

Sual: Ötən həftəsonu İranın şimal-qərbində nə baş verdi? Sizin mərkəzinizdə bu barədə nə məlumat var?

Cavab: Əslində İranda iki zəlzələ baş verdi. Bunlardan birincisi 6.4 bal gücündə Qrinviç vaxtilə saat 12:23-də baş verdi, ikincisi isə 10 dəqiqə sonra birinci zəlzənin baş verdiyi ərazidən 10 kilometr məsafədə 6.2 bal gücündə idi.

Sual: Zəlzələdən sonrakı titrəyişlər barədə nə deyə bilərsiniz? Bunun üçün narahatlığa əsas varmı?

Cavab: Biz belə böyük zəlzələdən sonra titrəyişlərin davam edəcəyini güman edirik. Hələlik baş verən titrəyişlər arasında ən qüdrətlisi 5 bal gücündə olub. Titrəyişlər hələ bir neçə həftə ərzində davam edə bilər.

Sual: Bu region haqda sizdə nə məlumat var? Keçmişdə İranda çox sayda zəlzələ baş verib. Konrket olaraq İranın bu hissəsi barədə hansı məlumata maliksiniz?

Cavab: Son 40 il ərzində İranın bu hissəsində 7 zəlzələ baş verib. Bu zonaya sonuncu ən yaxın zəlzələ Ərdəbildə 1997-ci ilin fevralında baş vermişdi. 6.1 bal gücündəki həmin zəlzələ 1100 adamın həyatına son qoymuşdu. Hələlik, biz bu zəlzələnin doğuracağı təlafatlar haqda tam məlumata malik deyilik. Onu bilrik ki, Təbrizlə Əhər arasındakı çox sayda kənd və qəsəbələrdə dağıntılar var.

Sual: Təlafatların sayı sizi təəccübləndirirmi?

Cavab: İlk öncə mən bu işə başlayanda, bəli. Amma indiyədək mən çox belə zəlzələ görmüşəm. Adətən zəlzələlər baş verdikdən bir neçə saat sonra hospitallara yaralılar daxil olmağa başlayır və daha sonra ölənlər haqda məlumatlar üzə çıxır. Tam məlumatların əldə edilməsi bir neçə gün vaxt aparır. Məsələn, konkret bu halda ilk öncə biz 897 adamın öldüyünü öyrəndik. Daha sonra ölənlərin sayı 120-ə, indi isə bildiyimə görə 250-300-ə qalxıb.

Sual: 6-7 bal arasında zəlzələlər adətən ilboyu hansı tezlikdə baş verir? Dünyanın hansı hissələri bu növ fəlakətlə üzləşə bilər?

Cavab: Hər il təqribən 130 6-6.9 bal gücündə zəlzələ qeydə alınır. Məsələn Yaponiyada 9 ballıq zəlzələ baş verdikdən sonra 6-6.9 bal güncüdə titrəyişlər davam etdi. 2010-cu il, 27 fevralda Çili sahillərində 8.8 bal gücündə zəlzələ baş verəndə biz bu tendensiyanın şahidi olduq. Çox vaxt 6 ballıq titrəyişlər iri zəlzələnin ardınca qeydə alınır. Amma konkret bu halda 6 bal gücündə zəlzələ əsas hadisədir.

Sual: Siz dünyanın başqa yerlərində, Yaponiyada baş vermiş zələzələlərdən danışdınız. Belə görünür ki, İran kimi yerlərdə zəlzələ baş verəndə insan itkiləri daha çox olur. Bunun infrastruktur və hazırlıqla əlaqəsi varmı?

Cavab: Heç şübhəsiz! O yerlərdə ki, tikinti kodlarına əməl olunmur, palçıqdan evlər tikilir – məsələn İran və Türkiyə kimi ölkələrdə - oralarda insan itkisi qat-qat çox olur. Amma götürək Çilini: burada zəlzələyə çox yaxşı hazırlıq var və sərt tikinti kodlarına riayət olunur.

Sual: Siz zəlzələ zonasında yaşayan adamlara nə tövsiyə edərdiniz?

Cavab: Əgər titrəyiş hiss etsəniz masanın, yaxud stolun altına girin. Titrəyişin bitməsini gözləyin. Sonra binanı tərk edin. Bina titrədikcə oradan qaçmağa cəhd göstərməyin. Belə halda kərpiclər düşür, adamlar müvazinətini ititr. Tərpənən binada hərəkət etməyi təsəvvürünüzə gətirin. Zəlzələ vaxtı ən salamat yer açıq sahədir ki, burada başınıza düşə biləcək nəsə olmasın.

please wait

No media source currently available

0:00 0:04:49 0:00
XS
SM
MD
LG