Accessibility links

İran xarici yardımları qəbul etmək qərarına gəlib


İran keçən həftənin şənbə günü ölkənin şimal-qərbində baş verən iki zəlzələ qurbanlarına xarici yardımları qəbul etməyə hazır olduğunu bildirib. İranın dövlət İRNA xəbər agentliyi vitse-prezident Məhəmməd Reza Rəhimiyə istinadən bildirib ki, İran xaricin təklif etdiyi yardımları qəbul edəcək.

Bundan əvvəl İran Birləşmiş Ştatlar, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrin yardım təkliflərini rədd etmişdi. İranın Qırmızı Aypara Cəmiyyəti faləkətin fəsadlarını aradan qaldırmaq imkanına malik olduğunu və xaricdən gələn yardıma ehtiyacı olmadığını demişdi.

Bazar ertəsi İran 6.4 və 6.3 bal güclərində zəlzələnin 300-dən çox insanın həyatına son qoyduğunu, 3 mindən çoxunun yaralandığını bildirmişdi.
XS
SM
MD
LG