Accessibility links

Keçmiş siyasi məhbuslar MTN təcridxanasının bağlanmasını təklif edib


Qobustan həbsxanası

Qobustan həbsxanası

İctimai Palata həbsxanalarda durumu müzakirə edib. Keçmiş məhbuslar korrupsiya, qanunsuz narkotik dövriyyəsi, işgəncələrdən danışıb

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata Müsavat Partiyasının qərargahında ölkənin cəzaçəkmə müəssisələrində durumla bağlı dinləmələr keçirib.
Dinləmələrdə çıxış edən keçmiş siyasi məhbuslar Azərbaycan həbsxanalarında korrupsiya, qanunsuz narkotik dövriyyəsindən, işgəncələrdən danışıblar.
Daş karxanasının yaxınlığında yerləşən 14 saylı həbsxanadakı məhbuslar potensial vərəm daşıyıcısı olduğu diqqətə çatdırılıb.
Keçmiş siyasi məhbuslar Milli Təhlükəsizlik Nazirliyinin təcridxananın bağlanmasını təklif edib.
Məhbuslara verilən qidanın, suyun keyfiyyətinin çox aşağı olduğu xüsusi vurğulanıb, bu qida və sudan yalnız əlacı olmayan məhbusların istifadə etdikləri qeyd edilib. Ölkə həbsxanalarında məhbusların saxlanması şəraitinin, onlara göstərilən xidmətin Avropa standartlarına uyğun olmadığı bildirilib.
Keçmiş siyasi məhbuslar cəzaçəkmə müəssisələrində məhbusların işgəncələrə məruz qalmaları haqda danışıb. Belə ki, siyasi məhbuslar həm də zindanın münasib ərazidə yerləşməməsini işgəncə kimi dəyərləndirib.
Həbsxanalarda monitorinqlərin aparılması ciddi tənqid hədəfi olub. Belə ki, həbsxanalarda monitorinqləri icra edən İctimai Komitə işinin öhdəsindən gəlməməkdə ittiham olunub.
Vəkillər isə medianı daha çox cəmiyyətin marağına səbəb olan məhkəmə prosesləri işıqlandırmağa maraq göstərməkdə, ictimai-siyasi qurumları bu proseslərdə iştiraka maraq göstərməməkdə ittiham ediblər. Dövlət başçısı İlham Əliyevin həbsdəki məhbusların hüquqlarının qorunmasına dair fərmanı dərc edilib. Amma qanun hələ də gerçəkdə tətbiq olunmadığı üçün dustaqlar bundan yararlana bilmirlər, deyə tədbirdə qeyd edilib.
XS
SM
MD
LG