Accessibility links

Bacillus Calmette-Guerin vaksininin şəkər xəstəliyinə qarşı effektiv olduğu deyilir AUDİO

  • Nərminə Cəlalqızı

Dünyanın ən qocaman peyvəndindən indi diabet xəstəliyinə qarşı mübarizədə istifadə olunur. 80 il bundan əvvəl vərəm xəstəliyinin qarşısını almaq üçün icad edilmiş Bacillus Calmette-Guerin və ya BCG vaksininin dünyada sürətlə atran şəkər xəstəliyinə qarşı effektiv olduğu deyilir.




Bacillus Calmette-Guerin peyvəndindən uzun müddətdir dünyada uşaqlarda vərəmin qarşısının alınması üçün istifadə olunub. Lakin Harvad Tibb Məktəbində aparılan araşdırmalar bu peyvəndin 1-ci növ diabet xəstələrində insulinin artmasına yardım etdiyini göstərib. Araşdırmalara başçılıq edən doctor Denis Faustman bu peyvəndlə siçanlarda diabet xəstəliyini müalicə edilməsinə nail olunduğunu deyir. Skype-la danışan doctor Faustman insanlar üzərində aparılan sınaqların perspektivli olduğunu deyir. “Biz iki çox az dozalarda peyvəndlə dörd həftə ərzində pis immun hüceyrələrin öldürüldüyünü və mədəaltı vəzin yenidən az miqdarda insulin ifraz etdiyni gördük.”

Birinci dərəcəli şəkər insulin yaradan hüceyrələri məhv edir. Həmin xəstəliyə tutulan insanlar həmişə nəzarət altında olmalı və qandakı qlyukozanı normada saxlamaq üçün insulin vurmalıdırlar. Doktor Foustman BCG adlı peyvəndin “Şiş Nekrosis Faktoru” yəni TNF adlanan hormon hasil etməklə xəstələrdə işlədiyini aşkar edib. “20 il aparılan araşdırmaları göstərir ki, bədən bu vaksini alanda TNF adlı hormon hasil edir və bizim istədiyimiz də elə TNF-dir. Lakin bu, dərman deyil və ona görə də şəkər xəstələrini müalicə etmək üçün biz onun ucuz variantından istifadə edirik.”

Dəriyə vurulan BCG peyvəndi əsasən vərəm xəstəliklərinin qarşısının alınmasında istifadə edilir. Lakin doktor Faustman bu peyvəndin birinci dərəcəli şəkər xəstəliyinin qarşısını almasa da vərəm xəstəliyinə tutulmanın uzun müddət qarşısını ala biləcəyini deyir.
O, BCG-nin lazımi dozada istifadəsinin müəyyən edildiyi təqdirdə diabet xəstələrinə kömək olacağına ümid etdiyini deyir.
XS
SM
MD
LG