Accessibility links

Azərbaycan alpinistləri növbəti yeddiminliyə qalxmağa başlayıb


Pamir dağları

Pamir dağları

Marşrut buzlaq və qayalıqlardan keçir

Bu gün Azərbaycanın dörd alpinisti – Sirxan Məmmədov, Firuz Dadaşov, Rüfət Qocayev və Denis Leusov Pamirin və keçmiş SSRİ-nin ən hündür zirvəsinə - Samoni pikinə (7495 m. keçmiş Kommunizm piki) qalxmağa başlayıb.
Marşrut 5B mürəkkəblik kateqoriyasındadır, buzlaq və qayalıqlardan keçir. İdmançılar bir neçə gün Pamir yaylasında (6500 m.) qalmalı, sıldırım tillərlə zirvəyə dırmanmalıdırlar. Onlar yüksəklik, seyrək hava, şaxta və güclü küləklə üzləşə bilər.
Ötən həftə alpinistlər digər Pamir yeddiminliyini – Korjenevski zirvəsini (7105 m.) fəth ediblər. Üç gün istirahətdən sonra komanda daha mürəkkəb zirvəyə qalxmağa başlayıb ki, bu da 5-7 gün davam edəcək. Avqustun 19-dək ilkin hava proqnozu yaxşıdır. Bu barədə Turan agentliyinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu məlumat verib.
XS
SM
MD
LG