Accessibility links

Dünən gecə maska geymiş silahlı şəxslər Rusiyanın Dağıstan regionunda məscidə basqın edərək 8 nəfəri yaralayıblar.

Zorakılıq Xasavyurd şəhərində müsəlmanlar Ramazan ayının sona çatmasını qeyd etmək üçün namaz qılmağa başlayarkən həyata keçirilib.

Polis naməlum şəxsləri məscidə tərk edərkən orada qoyduğu partlayıcı maddəni zərərsizləşdirmək üçün robot gətirib.

Həkimlər deyir ki, hadisədə yaralananların bəzisi kritik vəziyyətdədir. Digər bir neçə insan isə ətraf nahiyələrindən ağır xəsarətlər alıb.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

Adətən Dağıstandakı zorakılıqlara görə Rusiya rəsmiləri islamçı yaraqlıları ittiham edir.
XS
SM
MD
LG