Accessibility links

Müsəlmanlar Ramazan Bayramını qeyd edir


Dünya boyu milyonlarla müsəlman Ramazan bayramını müxtəlif tədbirlərlə qeyd edir.

Ən çox müsəlmanın yaşadığı ölkə olan İndoneziyada dini inanclılar məscidlərə toplaşaraq bayramın ilk gününü orada qeyd ediblər. Paytaxt Cakartanın Əl-Əzar məscidinə minlərlə insan toplaşıb.

Əfqanıstan prezidenti Həmid Karzay Kabildəki prezident sarayı məscidində Ramazan namazına qatılıb. Xalqa Ramazan müraciətində o deyib ki, İslamın düşmənləri Ramazan ayı ərzində də əfqan xalqına qarşı hücumlar təşkil edənlərdir. O, Taliban yaraqlılarının liderlərini onların adı ilə həyata keçirilən zorakılıq aktlarına münasibət bildirməyə çağırıb və deyib ki, bir gün vətən xainləri öz cəzalarını alacaqlar.

Çinin Sincan vilayətindəki müsəlmanlar - uyğurlar Ramazanı öz yaxınlarının qəbirlərini ziyarət etməklə qeyd ediblər. Uyğurlar müsəlman olduqları üçün Çin hökumətinin təqib siyasətinə məruz qaldıqlarını bildirirlər.

Azərbaycanda da Ramazan bayramı ruh yüksəkliyi ilə qeyd edilir. İnsanlar yaxınları, dostları ilə bir araya gələrək bayramı süfrə başında qarşılayırlar.

Bütün müsəlmanları Ramazan Bayramı münasibətilə təbrik edirik!

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG