Accessibility links

Çin məhkəməsi Qu Kailainin ölüm cəzasını iki ilədək təxirə salıb


Məhkəmə işi Çində on illiklər ərzində baş verən ən böyük siyasi qalmaqala səbəb olub

Kommunist partiyasının keçmiş rüsvayçı lideri Bo Şilainin həyat yoldaşı britaniyalı biznesmeni öldürdüyünə görə, Çin məhkəməsi tərəfindən icrası təxirə salınmış ölüm cəsası alıb.

Bu gün “qəsdən adam öldürmə” ilə məhkum olunsa da, Qu Kailai qətli etiraf etdiyi üçün məhkəmə ölüm cəzasının iki il sonra icra olunmasını qərara alıb. Ölüm cəzasının təxirə salınması onun növbəti iki il ərzində heç bir cinayət törətməyəcəyi təqdirdə ömürlük həbs cəzası ilə əvəzlənəcəyinə işarə edir.

Qətl hadisəsində yardım edən ailənin köməkçisi 9 il həbs cəzası alıb. Cinayət hadisəsini ört-basdır etməkdə təqsirləndirilən 4 polis əməkdaşı isə 5-11 il arası həbs cəzası alıblar.

Bazar ertəsi günü Qu məhkəməyə bildirib ki, hökm “hüquqa xüsusi hörmət edən, reallığın və həyatın göstəricisidir”.

Avqustun 9-da məhkəmə vaxtı Qu bir vaxtlar biznes ortağı olduğu Neil Heyvudu yoldan çıxartdığını etiraf edib. Hadisə keçən ilin noyabr ayında cənub-qərb şəhəri Çonqingdə baş verib. Mübahisədən sonra Qunun oğlununun həyatını təhdid edən Neil Heyvud spirtli içki ilə sərxoş hala salınıb vəzəhərləndirilib.

Məhkəmə həmçinin Qunun hərəkətlərinin “psixoloji pozğunluğun” təzahürü olduğunu ortaya çıxarıb.

Bu məhkəmə işi Çində on illiklər ərzində baş verən ən böyük siyasi qalmaqala səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG