Accessibility links

Evlənənlərin 20 faizi internetdə tanış olur

  • Nərminə Cəlalqızı

On il bundan əvvəl online vasitəsi ilə tanışlıq sosial baxımdan yenilik idi. Bu gün isə online-la potensial həyat yoldaşı tapmaq geniş yayılıb.​

Mario Baltimora bu yaxınlarda köçmüşdü. Onun dostları ona pulsuz tanışlıq saytının ünvanını verəndən sonra o, necə insan axtardığını dəqiq bilirdi. “Qeyri-amerikalı, qeyri-alim, latinolarla heç bir əlaqəsi olmayan adam. Mən tamamilə özümdən fərqli insan seçdim.” deyə, Mario bildirir.

Deyərlər ki, “əks qütblər biri-birini cəlb edir”. Lakin internetdə tanışlıq bunun əksini deyir. Burada insanların hansı dərəcədə oxşar xasiyyətli olmaları, onların münasibətinin uzun sürməsinə dəlalət edir.

Ən böyük veb səhifələrindən biri olan eHarmony-də sevgili tapmazdan əvvəl, onunla xasiyyətin tutub-tutmayacağını öyrənmək üçün səndən 400-dən çox suala cavab vermən tələb olunur.

Can Qonzaqa eHarmoninin “Təqdiqat və İnkişaf” bölməsinin direktorudur. “Fərqli xasiyyətllər əvvəlcə cəlb edirsə, sonradan uzaqlaşdırır. Bu, insanların tam biri-birinə bənzəməsi demək deyil, bu, onlar üçün vacib olan məsələlərdə həmfikir olmaq deməkdir.”

Cütlüklərə peşəkar məsləhət verən Makon Fardis riyazi alqoritmlərə çox bel bağlamır. Belə ki, onun dediyinə görə, insanların yalnız 7 faizi özü haqda həqiqəti deyir. “Bəzən onlar yalan danışmaq və ya azdırmaq istəməsələr belə, olduğundan fərqli görünməyə çalışırlar. İnternet və ya məktub vasitəsilə tanış olanların çoxunun bir-birlərinə tam uyğun gəldiyi təsəvvürü yaransa da, üz-üzə gələnədə tamamilə fərqli olduqları aşkara çıxır.”

Mario ilə bayaqları birgə gördüyümüz qadın Tamaradır. Onlar internet vasitəsilə tanış olublar. Tamara ilk öncə onlayn tanışlıqdan narahat olsa da, bunun yaxşı nəticə verdiyini gördü. “Əvvəla siz çox sayda insanla tanış olursunuz ki. onlarla adi həyatda tanış ola bilməzsiniz. Burada əsas məsələlərdən biri odur ki, siz həmin insanlarla görüşmürsünüz və bəyənmədiyiniz təqdirdə sizə bu işi davam etdirməməyə imkan verir.”

Əvvəlcə Mario Tamaranın xasiyyətcə ona çox bənzəməsindən narahat olurdu. Sonra Mario onu qəhvə içməyə dəvət etmək qərarına gəldi. Onlar bir il bundan əvvəl tanış olmuşdular. Bir ay bundan əvvəl isə evləniblər. Onlar tanış olmalarına qətiyyən peşman deyillər. Mario deyir ki, o, dostlarına da bunu tövsiyə edərdi.

Bəzi araşdırmaların nəticələri Onlayn tanışlığın o qədər də ciddi olmadığını göstərsə də, digər araşdırmalar evlənənlərin 20 faizinin internetdə tanış olduqlarını göstərir.
XS
SM
MD
LG