Accessibility links

Suriyanın hökumət qüvvələri Dəməşqdə hücumlar həyata keçirir


Suriya hökumət qüvvələrinin paytaxt Dəməşqdə hücumları bərpa etməsindən sonra azı 35 nəfərin öldüyü bildirilir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə təşkilatının Amerikanın Səsinə bildirdiyinə görə, ölüm hadisələri üsyançıların fəaliyyət göstərdiyi Kfar Sose, Dəraya və digər cənub bölgələrdə baş verib.

Yerli sakinlər hökumət qüvvələrinin müxalifətin nəzarəti altında olan məhəllələri qumbara və bomba atəşinə tutduqlarını deyir. Sakinlər şəhəri keçən ay tərk edən üsyançıların yenidən öz mövqelərinə qayıtdıqlarını bildirir.

Livandan alınan məlumatda deyilir ki, keçən gecə Tripolidə sünni müsəlmanlarla ələvilər arasında baş verən qarşıdurma nəticəsində 7 nəfər ölüb.
XS
SM
MD
LG