Accessibility links

Birləşmiş Ştatlar ordusunun Əfqanıstanda olduğu müddətdə 2000-ə yaxın əsgərinin həlak olduğu, onların yarısından çoxunun son 27 ay ərzində öldürüldüyü bildirilir.

Ölüm hadisələri ABŞ prezidenti Barak Obamanın Əfqanıstana NATO-nun başçılığı altındakı koalisiya qüvvələrinə yaraqlılarla mübarizəyə yardım üçün min nəfərdən ibarət əsgəri qüvvə göndərməsindən sonra artdığı deyilir.

2007-ci ildən bəri aparılan statistikaya görə, 2001-ci ildə müharibənin başlamasından bəri ölkədə əfqan təhlükəsizlik qüvvəsinin 6500 əsgəri həlak olub.
XS
SM
MD
LG