Accessibility links

Hər il balıqçılar milyonlarla köpək balığı tutur, quyruqlarını və üzgəclərini kəsir və ölmək üçün dənizə atırlar. Onların quyruq və üzgəclərindən şorba bişirilir ki, bu, da Asiyada çox populyardır.

Bu yaxınlarda alimlər Birləşmiş Ştatlar boyu restoranlarda akula şorbasından nümunələr götürüb, onun genetic tərkibini yoxlayıblar. Sənaye ekspertləri və ətraf mühit ekspertlərinin dediyinə görə, əsasən şorba hazırlamaq üçün hər il 73 milyon akula öldürülür. Akula supu daha çox Asiya restoranlarında tələb olunan yeməkdir.

Stoni Brok universiteti, Çikaqonun Çöl Muzeyi və Pyu Ətraf Mühitin Qorunması Qrupu birlikdə Birləşmiş Ştatların 14 şəhərindəki restoranlardan 51 nümunə götürüb. DNK təhlilçiləri bu şorbalar üçün istifadə olunan köpək balığının 8 növünün məhv olma təhlükəsi ilə üzləşdiyini deyir. Pyu Ekologiya Qrupundan Liz Karen: “Əsas tapıntı ondan ibarətdir ki, köpək balığı şorbasında qırmızı kitaba düşmüş balıqlardan nümunələr aşkar olunub.”

Köpək balığını ovlayaraq quyruğunu və üzgəclərini kəsib dənizə atılmasına Birləşmiş Ştatlarda qadağa qoyulsa da, onun ovlanmasına və ixrac edilməsinə icazə verilir. Yalnız ABŞ-ın 5 ştatında akula üzgəcləri və quyruqlarının sənayesinə qadağa qoyulub.

Liz Karen: “Akula ovu qlobal problemdir. Akulanın üzgəcləri və quyruğunun satılması əsasən Honq-Konqda geniş yayılıb və dünyanın 80-ə qədər ölkəsi bu sənaye sahəsində əməkdaşlıq edir.”

Pyu Ətraf Mühitin Qorunması Qrupunun apardığı araşdırmanın nəticələri son 60 ildə dünya boyu 80 faiz akulanın ovlandığını göstərib. Qrup qoruqların akulalara yardım edəcəyini düşünür. Liz Karen: “Onların ömrü uzundur, lakin onlar çox vaxt bala vermək qabliyyətli yaşa - 20 yaşına çatmırlar. Bu yaşa çatanlar isə yalnız bir-iki bala verir. Beləliklə də onlar getdikcə azalır.”

Beynəlxalq Humanizm Təşkilatı akulaların qorunması uğrunda kampaniya aparır. Ayris Hu bu kampaniyanın meneceridir. “Dünya boyu akula istehlakının 90 faizi Çinin payına düşür. Ticarətin 50 faizi təkcə Honq-Konqda həyata keçirilir.”

Çin hökuməti rəsmi mərasimlərdə köpək bağlığı məhsullarından istifadəyə qadağa qoyacağını deyir. Ayris Hu deyir ki, Asiyadan kənarda, ən iri akula bazarı Birləşmiş Ştatlardadır. O, rəsmi sənədlərə əsasən təkcə 2010-cu ildə Birləşmiş Ştatlara 34 min ton köpək balığı quyruğu və üzgəci idxal olunduğunu deyir.

Köpək balıqlarının yaşı dinazavrlardan da əvvələ, 400 milyon il bundan öncəyə gedib çıxır. Lakin alimlər akulaların onlara qarşı hazırkı hücumlardan sağ çıxacaqlarına şübhə ilə yanaşır.
XS
SM
MD
LG