Accessibility links

Nyu-Yorkun mərkəzində qanlı insident


ABŞ-ın Nyu-York şəhərində məşhur Empire State binasının önündə odlu silahdan açılan atəş nəticəsində bir nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Polis atəş açan şəxsi silahla vuraraq öldürüb.

Associated Press şəhərin Yanğınsöndürmə Departamentinə istinadən bildirib ki, insidentə 8 nəfər cəlb olunub, ancaq onlar arasında atəşə məruz qalmayanlar da var.

Şahidlərdən biri Fox 5 telekanalına deyib ki, onun yanında duran bir qadın ayaq nahiyəsindən güllə yarası alıb və silahlı şəxs konkret hədəf seçmədən hamıya atəş açırdı.
CNN hadisə şahidlərinə istinadən silahlı şəxsin digər bir nəfəri isə başından vurduğunu bildirib.

Məlumata görə, Empire State binasının mühafizəçiləri polisin müşayiəti ilə qatilə atəş açaraq onu öldürüb.

CNN və Reuter hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, hücum terror mahiyyəti daşımayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG