Accessibility links

ABŞ dövlət katibi Sakit Okean hövzəsinin cənubuna səfərə çıxıb


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Çinin Asiyada artan təsirini müzakirə etmək üçün bu gün Sakit Okeanın cənub regionuna səfərə çıxır. Xanım Klintonun Sakit Okeanın cənub adalarındakı altı dövlətə edəcəyi səfərinin ilk dayanacağı Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi kimi ilk dəfə iştirak edəcəyi illik Sakit Okean Adaları Forumu olacaq.

Sakit Okeanın cənub adalrını narahat edən ən başlıca məsələ iqlim dəyişikliyidirKi, çoxları suyun səviyyəsinin qalxmasına səbəbinQlobal İstiləşmə olduğunu deyir.

Rəsmilərin bildirdiyinə görə, ABŞ dövlət katibinin müzakirələrinə Çinin Cənubi Çin dənizi bölgələrinə ərazi iddiaları da daxildir. Vaşinqton Çinin regionda təbii qaz və neftlə zəngin olan bölgədə aqressiv manevrlərinə tənqidi yanaşır.

Çinin dövlətə məxsus Şinhua xəbər agentliyinin bu gün açıqladığı məlumatda deyilir ki, Hillari Klintonun regiona səfəri Çinin Sakit Okeanın cənub bölgələrində artan nüfuzunun qarşısını almaq məqsədi daşıyır.
XS
SM
MD
LG