Accessibility links

Çin mediası çərşənbə günü ölkənin cənub-şərqində daş kömür şaxtasında baş verən partlayış zamanı 19 adamın ölməsi, onlarla şaxtaçının isə itkin düşməsi barədə xəbəri təsdiq edib.

Xəbərlərdə Siçuan vilayətinin Pancihua şəhərinin Şiaociavan şaxtasında baş verən partlayışa qaz sızmasının səbəb olduğu deyilir.

Xilasedici dəstələrin partlayışın baş verdiyi şaxtadan azı 104 insanı çıxardıqları və xilasetmə
işlərinin davam etdiyi bildirilir. Polis şaxtanı işlədən Jengin Sənayesi və Ticarət Şirkətinin sahibini sorğu-sual edir.

Şaxta qəzaları Çində tez-tez baş verir. Təkcə 2011-ci ildə şaxta qəzalarında 1973 adam həlak olub.
XS
SM
MD
LG