Accessibility links

Ağ Evin bildirdiyinə görə, İsrail və ABŞ İranı nüvə silahı proqramından çəkindirmək səylərini davam etdirəcək.

Ağ Evin sözçüsü Cey Karni bunları İsrail qəzetində çıxan məlumata münasibət bildirərkən deyib. Qəzet yazıb ki, İsrail İrana hücum etsə,Vaşinqton buna müdaxilə etməyəcək.

“Yediot Ahronot” qəzeti ABŞ-ın İrana iki avropalı diplomat vasitəsi ilə mesaj yolladığını yazıb. Məlumatda deyilir ki, İran Amerikanın İran körfəzindəki maraqlarına hücum etmədiyi təqdirdə, İsrailin Tehranın nüvə obyekrlətinə qarşı hücumları Amerika tərəfindən dəstəklənməyəcək.

Karni prezident Obamanın mübahisələrin diplomatiya yolu ilə həllinə hələ də vaxt olduğuna inandığını deyib. Lakin o bildirib ki, bu imkan daimi deyil.
XS
SM
MD
LG