Accessibility links

Əfqanıstan rəsmiləri beynəlxalq hərbi qüvvələrə hücumlara görə yüzlərlə əfqan əsgərinin həbs edildiyini və ya ordudan qovulduğunu bildirir.

Bu gün Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü, general Məhəmməd Zahir Əzimi deyib ki, Əfqanıstan ordusunda belə halların qarşısının alınması üçün addımlar atılır. General Əzimi hərbi hissələrdə təhqiqat aparıldığını və şübhəli əsgərlərin nəzarət alıtına alınaraq, ordudan kənarlaşdırıldığını bildirib.

General bu sahədə işlərin davam etdiyini deyib.

Bu ilin əvvəlindən, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin beynəlxalq qüvvələrə silahlı hücumlar etməsindən bəri 45 koalisiya əsgəri qətlə yetirilib.
XS
SM
MD
LG