Accessibility links

Pakistan polisi deyir ki, silahlılar ölkənin cənub-qərbində dini zəmində baş vermiş qətlləri araşdıran zabiti güllə ilə vuraraq qətlə yetiriblər.

Rəsmilərin sözlərinə görə, qatillər Bəlucistan vilayətinin paytaxtı Quetta şəhərində Camil Kakarın avtomobilini odlu silahdan atəşə tutub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Rəsmilər deyir ki, Kakar Quetta da qətlləri araşdırırdi.

Bu həftənin əvvəli Nyu-York şəhərində qərargahlanan "Human Rights Watch" təşkilatı Pakistan hökumətini hücumları həyata keçirən cinayətkarların cəzalandırılmasında boşluqlara yol verdiyini bildirmişdi.
XS
SM
MD
LG