Accessibility links

Tofiq Yaqublu: "Nə mənə, nə də vəkilə qızımla görüşə icazə verilmir" [Audio]


Nigar Yagublu

Nigar Yagublu

Avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzasının təhqiqatı zamanı avtomobildə olan Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu cinayət məsuliyyətinə cəlb olunub. Qəza zamanı Müsavat Partiyası Məclisinin üzvü Aydın Acalov həlak olub.
DİN-in məlumatına görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13 km.-də Ağcabədi sakini Sadiq Xəlilovun idarə etdiyi KAMAZ-5320 yük avtomobili A.Acalova məxsus Peugeot-206 avtomobili ilə toqquşub. A.Acalov həlak olub, N.Yaqublu isə yaralanıb.

Fakt üzrə CM-in 263.2 maddəsi ilə (nəqliyyat vasitəsinin istismar qaydasının pozulması) cinayət işi qaldırılıb. İlkin təhqiqat zamanı N.Yaqublu bildirib ki, maşını A.Acalov idarə edib.
Lakin istintaq hesab edir ki, sükan arxasında sürücülük vəsiqəsi olmayan N.Yaqublu olub. DİN-in məlumatına görə, qəza onun günahı üzündən baş verib.

Sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şübhəli şəxs kimi saxlanılıb. Həmin gün məhkəmə onu 2 ay müddətinə həbs edib.
Nigar Yaqublunun atası Tofiq Yaqublu qızının istintaqdan gizlənməsi barədə məlumatı təkzib edib. O, Amerikanın səsinə verdiyi müsahibədə hazırda qızı ilə görüşə icazə verilmədiyini də bildirib. Cənab Yaqublu ilə müsahibəni sizə təqdim edirik.
XS
SM
MD
LG