Accessibility links

İslam əleyhinə filmə etirazların keçirildiyi ölkələrdə nisbi sakitlik müşahidə olunur


Lakin Əfqanıstan, Hindistan və Avstraliyada yeni etiraz nümayişləri keçirilib

İnternetdə yerləşdirilmiş islam əleyhinə filmə etiraz olaraq bir neçə gündür insan ölümülə müşayiət olmuş zorakı aksiyaların keçirildiyi müsəlman ölkələrində şənbə günü vəziyyət bir qədər sabitləşməyə başlayıb.

Qahirədə yanğınsöndürənlər Təhrir meydanında etirazçıların yandırdığı bir neçə tonqalı söndürüc. Meydanda nümaiyşçilər və polis arasında bir nəfərin ölümülə nəticələnmiş toqquşmadan sonra şənbə günü təmizlik işləri aparılır.

İnsan ölümülə nəticələnmiş etiraz nümayişlərinin keçirildiyi Sudanda polis paytaxt Xartumda ABŞ, Britaniya və Almaniya səfirliklərinin yerləşdiyi küçələrdə keşik çəkir.

Tunis və Yəmən də daxil olmaqla, etiraz nümayişlərinin keçirildiyi daha bir neçə ölkədə də şənbə günü sakitlik müşahidə olunur. Lakin Əfqanıstan, Hindistan və Avstraliyada Sidmey şəhərində bu gün nümayişlər keçirilib.

Bu arada, Yəməndə fəaliyyət göstərən Əl-Qaidə şəbəkəsi ABŞ-ın dünya ölkələrində səfirliklərinə hücumları davam etdirməyə çağıraraq, Benqazidə Amerika konsulluğuna hücumu ən yaxşı nümunə adlandırıb.
XS
SM
MD
LG