Accessibility links

Nigar Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsi yaradılıb


Nigar Yaqublu etiraz aksiyasında
Nigar Yaqublu etiraz aksiyasında

Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini N.Yaqublu bu il avqustun 25-də yol-nəqliyyat qəzasında ittiham edilərək barəsində həbs qəti imkan tədbiri seçilib

Müsavat Partiyasının qərargahında gənc müsavatçı Nigar Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsi təsis edilib.

Yazıçı Mehriban Vəzir komitənin sədri seçilib. Hüquqşünas Vaqif Hacıbəyli müdafiənin hüquqi prosedurlarına rəhbərlik edəcək.

Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini N.Yaqublu bu il avqustun 25-də yol-nəqliyyat qəzasında ittiham edilərək barəsində həbs qəti imkan tədbiri seçilib. Çoxsaylı siyasi partiyalar, ziyalılar, ictimai xadimlər, deputatlar müxalifət fəalına qarşı məhkəmədən öncə həbs qəti imkan tədbiri seçilməsini pisləyib və N.Yaqublu barədə həbs qərarının dəyişdirilməsini tələb edib.

Müsavat Partiyası başqanı İsa Qəmbər gənc siyasi fəal xanım haqqında istintaq müddətində həbs qərarı seçilməsini iqtidarın “qırmızı xətti keçməsi” kimi qiymətləndirib.
“Bu həbs iqtidarın hətta yol qəzası kimi hadisələrdən belə siyasi rəqiblərinə qarşı istifadə etməsidir”, - Müsavat başqanı deyib.

AXCP sədri Əli Kərimli həbsin birmənalı siyasi motivli olduğunu bildirib.

“Eyni hadisəyə görə digər şəxslərlə müqayisədə siyasi fəala ağır cəza verilməsi siyasi məhbusluğun meyarlarından biridir. İndiki halda bu fakt N.Yaqublunun siyasi məhbus olmasını söyləməyə əsas verir. Bu, hakimiyyətin təkcə Nigara yox, atasının siyasi fəaliyyətinə, müxalif mövqeli insanlara münasibətinin ifadəsidir”, AXCP sədri deyib.

Çıxışlarda həmçinin müxalifətçi fəal qadının həbsinin həm də siyasi fəal xanımları qorxutmağa hesablandığı diqqətə çatdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG