Accessibility links

Debatdan sonra ABŞ prezidentliyinə namizədlər tərəfdarları ilə görüşlər keçirir


Debatlardan sonra ABŞ-da prezidentliyə namizəd Mitt Romninin kampaniyasında yenidən təkan hiss olunmasının ardınca o, əsas mübarizə meydanı olan Virciniya və Florida ştatlarında keçirəcəyi nümayişlərlə gücünü artırmağa çalışır.

Çərşənbə günü keçirilən debata öncəsi reytinqi azalmaqda olan Respublikaçı namizədin dünən tərəfdarları deyib ki, prezident Barak Obama iqtisadiyyatın hazırki durumu ilə ona olan etibarı doğrultmayıb.

Romni gizli çəkilmiş videodan sonra əvvəlki imicini bərpa etməyə çalışır.

Bununla yanaşı, Virciniya və Ohayo universitetlərində görüşlər keçirən prezident Obama rəqibini debat zamanı kampaniyası mövqeyini dəyişərək daha çox mərkəzçi perspektivdən çıxış etməkdə ittiham edib.
XS
SM
MD
LG