Accessibility links

Kanadaya gələn Kuba futbolçuları sığınacaq istədilər


Kanadaya səfərdə olan Kuba futbol komandasının bir neçə oyunçusu Dünya Kuboku uğrunda seçmə yarışdan öncə komandalarını tərk ediblər.

Kuba komandası Torontoya 15 oyunçu ilə gəlmişdi, lakin onlardan 11-i futbol meydançasına çıxıb.

Kuba məşqçisi Aleksandr Qonzalez dörd oyunçunun komandanı tərk etdiyini bildirib. O, deyib ki, oyunçulardan biri xəstədir.

Qonzalez deyib ki, bu növ hallar xaricə səfərə çıxan kubalı idmançılar üçün qeyri-adi deyil. Onun sözlərinə görə “hamı Amerika xülyasının dalınca qaçır.”

Qonzalez əlavə edib ki, onun üçün komandanı bir yerdə saxlamaq "çətindir" və bu haqda danışmaq ona "ağırdır".

Kanada Kubanı 3:0 hesabı ilə məğlub edib.
XS
SM
MD
LG