Accessibility links

Türkiyə lideri BMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə çağırdı


Türkiyə baş naziri BMT Təhükəsizlik Şurasını Suriya ilə bağlı hərəkətsizliyə görə sərt tənqid edib.

Rəcəb Təyyib Ərdoğan İstanbulda bildirib ki, BMT-nin “ədalətsiz, qeyri-bərabər və qeyri-işlək mexanizmləri” onun lazmi tədbirlər görməsini xeyli çətinləşdirir.

“Əgər biz məsələni BMT Təhükəsizlik Şurasında beş daimi üzvdən ikisinin ümdəsinə qoysaq, Suriyada cərəyan edən hadisələrin sonucu fəlakətli olacaq, və bəşəriyyət bunu tarixə unudulmaz qeydlərlə yazacaq,” deyə cənab Ərdoğan bildirib.

Türkiyə Suriya ilə sərhədə əlavə tanklar yerləşdirdiyi bir məqamda Suriyada dağıdıcı döyüşlər ara vermir.

Bu arada beynəlxalq sülh elçisi Laxdar Brahimi Suriya sərnişin təyyarəsindəki karqonun Türkiyə rəsmiləri tərəfindən müsadriə edilməsini müzakirə etmək üçün İstanbula gəlib.

Təyyarədə hərbi ləvazimatın daşındığını deyən Ankara çərşənbə günü Moskva-Dəməşq reysi ilə uçan təyyarəni saxlayıb.
XS
SM
MD
LG