Accessibility links

Dünya maliyyə nazirləri iqtisadi artıma təkan vermək və etimadı bərpa etmək üçün cəld və effektiv ölçülər götürülməsinə çağırıblar.

Beynəlxalq Valyuta Fondunun Tokyodakı toplantısında nazirlər xəbərdarlıq ediblər ki, qlobal iqtisadi artım yavaşıyır və ortada çoxlu risklər var.

BVF-in qəbul etdiyi kommünikedə inkişaf etmiş ölkələr artıma yol açan siyasət yürütməyə çağırılırlar.

Maliyyə nazirləri deyirlər ki, inkişaf etməkdə olan ölkələr artıma rəvac vermək üçün siyasətlərini reallığa uyğunlaşdırmağa çalışmalıdırlar.

ABŞ-ln maliyyə naziri Timothy Qaytner həmkarlarına bildirib ki, ABŞ üçün qarşıda görüləsi çox iş var. Bu arada rəsmi Vaşinqton Amerikanın büdcə defisitinin 1 trilyon dolları aşdığını açqılayıb.
XS
SM
MD
LG