Accessibility links

Pakistanda intiharçı hücumu 15 adamın həyatına son qoydu


Pakistan rəsmiləri xəbər verirlər ki, ölkənin tayfalarla məskunlaşmış şimal-qərb bölgəsində intiharçı hücumu nəticəsində 15 adam həlak olub.

Rəsmilər partlayışın Talibana qarşı döyüşən hökumətpərəst silahlı dəstəni hədəf aldığını xəbər verirlər.

Əfqanıstana yaxın qaynar Xeybər Paxtunkva vilayətində Darra Adam Xel qəsəbəsinda baş verən hücumda əlavə 30 adam yaralanıb.

Hücum üçün heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
XS
SM
MD
LG