Accessibility links

Lüksemburq şahzadəsi Quyyom Belçika qrafinyası Stefani de Lannoyla təmtəraqlı katolik toy mərasimində evlənib. Bu son onilliklərdə ölkə monarxiyasının tarixində ən mühüm hadisə sayılır.

Lüksemburq tacının vəliəhdi və onun gəlini Bizim Qadın Kafedralında evləniblər. Dünyanın müxtəlif guşəsindən gəlmiş monarx ailələri, o cümlədən Britaniya şahzadəsi Eduard və Yaponiya vəliəhdi şahzadə Naruhito tədbirə qatılıblar.

Gəlin fil dişi rəngində gümüş floral motifli libas geymişdir. Gəlini müşayiət edən qızlar uzun ərik rəngli libaslar geyiblər.

Toyun ardınca cütlük onları alqışlayan izdihamın qarşısında sarayın eyvanında opüşüblər.

Quyyom atası Henridən sonra Lüksemburqun hersoqu olacaq. Bu cırtdan ölkənin cəmi yarım milyon əhalisi var.
XS
SM
MD
LG