Accessibility links

Beynəlxalq sülh elçisi Suriyada danışıqlar aparır [Fotoqalereya]


Suriya hökuməti beynəlxalq sülh elçisi Laxdar Brahimi ilə ökənin xarici işlər naziri Valid əl-Moallem arasındakı görüşü “ciddi” və “konstruktiv” adlandırıb.

Dövlətə məxsus SANA xəbər agentliyi iki rəsminin zorakılıqlara son qoyulmasının şərtlərini müzakirə etdiklərini xəbər verir. Xəbər agentliyi şərtləri açıqlamayıb, lakin hökumətin “xaricdən hər hansı müdaxilənin” əleyhinə olduğunu təkrar edib.

BMT-Ərəb Liqasının elçisi habelə Suriya prezidenti Bəşar əl-Əsəd və müxalifət liderləri ilə görüşməyi planlaşdırır.

Cənab Brahimi tərəfləri Qurbanlıq Bayramı olan 26 oktyabrdan başlayaraq dördgünlük atəşkəsə çağırır.

Bu arada bütün Suriya boyu üsyançılarla hökumət qüvvələri arasında döyüşlər səngimək bilmir.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu ölkə boyu döyüşlərdə azı 70 adamın həlak olduğunu xəbər verir.

XS
SM
MD
LG