Accessibility links

ABŞ və İran hökumətləri Amerika qəzetində tərəflərin Tehranın nüvə proqramı barədə ilk dəfə olaraq təkbətək görüşməyə razılıq verdiklərini inkar edirlər.

İranın xarici işlər naziri Əli Əkbər Salehi mətbuat konfransında bildirib ki, onun hökuməti Vaşinqtonla belə danışıqlarda iştirak etmir.

Ağ Ev də New York Times qəzetində çıxan yazını təkzib edib. Həmin xəbərədə adı gizli saxlanılan Obama administrasiyasının rəsmisi danışıqların planlaşdırıldığını təsdiq edib.

New York Times-da dərc olunan məqalədə deyilir ki, Barak Obama 2009-cu ildə prezident olandan bəri ABŞ-la İran arasında gizli mübadilələr olub.

Həmin yazıda deyilir ki, İran danışıqların noyabrda keçiriləcək prezident seçkilərindən sonra bərpa olunmasını istəyir. Tehran danışıqları davam etdirməzdən öncə kimin prezident olacağını müəyyən etmək istəyir.

Respublikaçı namizəd Mitt Romni Demokrat prezident Barak Obamanı İranla yumşaq davranmaqda ittiham edir.
XS
SM
MD
LG