Accessibility links

Rusiyanın fəza gəmisi Beynəlxalq Fəza Stansiyasına çatdı


Rusiyanın üç nəfərlik ekipajdan ibarət Soyuz fəza gəmisi uğurla Beynəlxalq Fəza Stansiyasına çatıb.

2 rus və bir NASA kosmonavtından ibarət heyət stansiyada Ekspediya 33 missiyasının əməkdaşlarına qoşulublar.

Kapsul çərşənbə axşamı kosmosa uçaraq astronavtlar Kevin Ford, Oleq Novtiski və Yevgeni Tarelkini orbit edən stansiyaya gətirib.

Burada onlar iyulun 17-dən bəri orbital laborotoriyada çalıan başqa astronavtlarla görüşüblər.

Stansiya və Soyuz-un qapıları təzyiq və sızma yoxlamaları keçirildikdən sonra açılıb.
XS
SM
MD
LG