Accessibility links

Xədicə İsmayılova "Jurnalizm Cəsarəti" mükafatının qalibi oldu


Azadlıq Radiosu-nun jurnalisti Xədicə İsmayılova Birləşmiş Ştatlarda Jurnalizm Cəsarəti-2012 mükafatına layiq görülüb. Beynəlxalq Qadın Media Fondunun (IWMF) təsis etdiyi mükafat xanım İsmayılovaya oktyabrın 24-də New York şəhərində təqdim olunub. Mərasimdə Amerikanın 500-ə yaxın tanınmış jurnalisti iştirak edib.

Rəsmi təltifat mərasimininin aparıcıları CNN telekanalının araşdırıcı jurnalisti Christiane Amanpour və ABC telekanalının təmsilçisi Cynthia McFadden olublar. Bu tədbirdə Amerikanın tanınmış qadın jurnalistləri, o cümlədən Ann Curry, Martha Raddatz, Leslie Stahl, Gayle King, Norah O’Donnell, Pat Mitchell, Katty Kay, Judy Woodruff və Cindi Leive qatılıblar.

Xədicə İsmayılova Azərbaycanda hakim elitada korrupsiya və səlahiyyətlərdən sui-istifadə hallarını araşdırmasına görə tanınır. Onun prezident İlham Əliyevin ailə üzvlərinə məxsus bizneslər haqda apardığı araşdırmalar həm ölkə daxilində həm də beynəlxalq miqyasda böyük maraq doğurub. Jurnalist məhz bu reportajlara görə Azərbaycan hökumətinin hədəfinə çevrildiyini deyir. Belə ki, 2012-ci ilin may ayında xanım İsmayılovanın mənzilində kamera quraşdırılmış və kameranın çəkdiyi video-görüntülərdən ona qarşı şantaj məqsədilə istifadə edilib.

35 yaşlı Xədicə İsmayılova qlobal miqyasda mükafatlandırılan üç qadın jurnalistdən biridir. Başqa mükafatlandırılan iki qadın 31 yaşlı efiopiyalı Reeyot Alemu və 30 yaşlı fələstinli bloger Əsmaa əl-Ğouldur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG