Accessibility links

Ağ Ev ABŞ prezidentinin bəyanatını açıqlayıb

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama Birləşmiş Ştatlarda və bütün dünyada müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Ağ Evin açıqladığı bəyanatda prezident Obamanın və birinci xanımın ABŞ-da və bütün dünyada müsəlmanlara Qurban bayramı münasibətilə ən gözəl arzularını çatdırdıqları deyilir. Bəyanatda həmçinin ABŞ prezidenti və xanımı Mişelin adından minlərlə amerikalı müsəlman daxil olmaqla, milyonlarla zəvvara Həcc ziyarətini yerinə yetirmək münasibətilə təbriklər çatdırılır.

Müsəlmanların digər dinlərə mənsub olan insanlarla bərabər il boyu aclıq, xəstəlik və münaqişələr səbəbi ilə ağır vəziyyətdə olanlara yardım səylərinə qatıldığını dilə gətirən cənab Obama müsəlman icmalarının Qurban bayramında ehtiyacı olanlara ərzaq payladığını vurğulayıb.

Cənab Obama bildirib ki, bu kimi mərhəmət aksiyaları bütün dinlərə mənsub insanların ortaq dəyərləri bölüşdüyünü göstərir.

“Amerika xalqı adından bu bayramda sizə ən hərarətli təbriklərimizi çatdırırq. Bayramınız mübarək olsun''-deyə prezident Obamanın bəyanatda bildirilir.
XS
SM
MD
LG