Accessibility links

Müxalifət fəalları deyirlər ki, Suriya hökumətinə məxsus qırıcı təyyarələr paytaxt Dəməşqin civarlarını bombardman ediblər.

Hücum hökumətlər üsyançılar arasında əldə olunmuş dörd günlük atəşkəs razılığının üçüncü günündə baş verib.

BMT-nin Qurban Bayramında vasitəçilik etdiyi atəşkəs artıq dəfələrlə pozulub. Atəşkəs cümə günü başlanmalı idi, həmin gündə anti-hökumət zorakılıqlarında 150 adam həlak oldu. Şənbə günü 50 adam öldürüldü. Bazar günü baş verən bombardman əməliyyatlarında nə qədər adamın öldüyü aydın deyil.

BMT-nin xüsusi elçisi Laxdar Brahimi atəşkəs razılığını əldə etmişdi ki, bütün suriyalılar Qurban Bayramını dinc şəraitdə qeyd etsinlər. Eid əl Adha kimi tanınan dini bayram Səudiyyə Ərəbistanında həyata keçirilən Həcc ziyarətini sonuna işarə edir.
XS
SM
MD
LG