Accessibility links

Tayvan hökuməti Çinə casusluq etmək ittihamı altında bir donanma zabitini həbs etdiyini təsdiqləyib.

Tayvan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, komandir Çanq Çi Hsin məxfi məlumatları donanmanın meterologiya və okeonoqrafiya bölməsindən toplayıb. Bəyanatda informasiyanın çinli kuratorlara ötürüldüyü deyilir.

Təqaüdə çıxmazdan öncə Çanq metereologiya və okenoqrafiya bölməsinin siyasi müharibə şöbəsinə rəhbərlik edib.

Müdafiə Nazirliyinin sözçüsü həmçinin əlavə bir neçə zabitin həbs olunduğunu xəbər verib.

Tayvan rəsmiləri Çanqın sualtı qayıq xəritələri və Tayvan suları barədə məxfi məlumatı Pekinə verdiyini inkar edirlər.
XS
SM
MD
LG