Accessibility links

Ukrayna Parlament Seçkilərində hakim partiya öndədir

Election commission officials count ballots at a polling station in Kiev, Ukraine, Sunday, Oct. 28, 2012. Ukrainians are electing a parliament on Sunday in a crucial vote tainted by the jailing of top opposition leader Yulia Tymoshenko and fears of electi

Ukraynada dünən keçirilən parlament seçkilərin sonra hakim partiya qələbə qazanmaq üzrədir.

Səslərin üçdə birinin hesablanmasının nəticələrinə görə seçki komissiyası bildirir ki, prezident Viktor Yanukoviçin hakim Regionlar Partiyası səslərin təxminən 26 faizini əldə edib. Bu isə onların 225 yerlik parlamentdə azacıq üstünlük təşkil edəcəyini göstərir.

Seçkilərdə iki yeni siyasi partiya güclü mübarizə apara bilib. Ağırçəkili boksçular arasında dünya çempionu Vitali Kliçkonun Zərbə Partiyası 12 faiz səs toplayıb. İkinci partiya isə 7 faiz səs əldə edən millətçi Azadlıq Partiyasıdır. Hər iki partiyanın Avropa Birliyi ilə sıx əlaqələri var.

Böyük ehtimalla seçkilərdə qələbə cənab Yanukoviçin rəhbərliyini daha da möhkəmləndirəcək. Prezidentlik dönəminin yarısını geridə qoyan cənab Yanukoviç müxalifət lideri Yuliya Timoşenkonu həbsdə saxladığına görə Qərbin ittihamları ilə üzləşir.

Seçkilərdə xanım Timoşenkonun Ana Vətən Partiyası 20 faiz səs toplayıb.
XS
SM
MD
LG