Accessibility links

Mahmud Əhmədinejad parlamentə çağırıldı


İran parlamenti prezident Mahmud Əhmədinejadı böhranlı bir dönəmdə öz iqtisadi siyasətini məclis qarşısında izah etməyə çağırıb. Bir ildən az müddətdə ikinci dəfədir ki, parlament prezident Əhmədinejada qarşı belə bir addım atır.

İranın 290 üzvlük parlamentində Mahmud Əhmədinejadın mühafizəkar əleyhdarları onun iqtisadi göstəricilərini sərt tənqid etmiş və Qərbin sanksiyaları ilə yanaşı prezidentin fəaliyyətini hədəf almışlar.

İqtisadi problemlər üzündən İrannın pul vahidi olan rialın dəyəri xeyli düşmüş və ölkənin neft ixracatları kəskin azalmışdır. Ali dini rəhbər Ayətulla Əli Xameneyinin çəkişmələrə son qoyulmasına dair çağırışına baxmayaraq, sanksiyaların qoyduğu təzyiqlər ölkədə siyasi paçalanmanı dərinləşdirib.

Ötən həftə bu çağırışı yeniləyən Xameneyi siyasi çəkişmələrin "xəyanət" anlamına gəldiyini söyləmişdi. Lakin ölkənin ən qüdrətli dövlət xadimindən gələn xəbərdarlıq qanunvericiləri Mahmud Əhmədinejada qarşı tədbirlərə əl atmaqdan saxlamayıb.
XS
SM
MD
LG