Accessibility links

Misirdə Qibti Xristian Kilsəsi yeni papa seçib.

Yepiskop Tavadros bazar günü Qahirənin Qibti Kafedralında düzənlənən mərasimdə gözləri bağlanmış oğlan onun adını şəffaf qutudan çxıardıqdan sonra kilsənin yeni rəhbəri olub.

60 yaşlı yepiskop Tavadros Papa Üçüncü Şenudanın varisidir. Papa Şenuda 88 yaşında mart ayında vəfat edib.

Kilsə fəalları ümid edirlər ki, kilsənin yeni rəhbəri Qibti xristanları Misirdə təlatümlə müşayiət olunan 2011 inqilabından sonra təhlükəsiz gələcəyə aparacaq.

Əhalisi əsasən müsəlmanlardan ibarət olan Misirdə xirstianlar 10 faiz təşkil edir.
XS
SM
MD
LG