Accessibility links

Tibetli artist Çin əsarətinə etiraz əlaməti olaraq özünü yandırdıqdan sonra vəfat edib. Ərazidə çox sayda təhlükəsizlik qüvvələrinin yerləşdirildiyinə görə sakinlər evlərindən çıxmağa qorxduqlarını deyirlər.

Tibetin mühacirətdə olan hökuməti və fəallar hadisənin Çinin qərbindəki Çinqhay vilayətində, rahiblər şəhəri olan Tonqrendə baş verdiyini deyirlər.

Londonda qərargahlanan Azad Tibet təşkilatı özünü yandıran şəxsin iki uşaq atası Dorye Lunqdap olduğunu bildirir.

Bir çox tibetlilər Çin hökumətini onların mədəniyyətini əzməkdə və dinlərinə qarşı basqılarda ittiham edir. 2011-ci ilin mart ayından bəri onlarla etnik tibetli ruhani lider Dalay Lamanın vətənə dönməsinə çağıraraq özlərinə od vurublar.

Tibetin mühacirətdə olan hökuməti Hindistanın Dharamsala şəhərində qərargahlanır.

Rəsmi Pekin Tibetdə din azadlığı olduğunu və ərazidə həyat standartlarının xeyli yaxşılaşdığını iddia edir.
XS
SM
MD
LG