Accessibility links

Barak Obama qalib gəldi [Fotoqalereya]


ABŞ prezident Barak Obama, birinci xanım Mişel Obama, vitse-prezident Co Bayden and ikinci xanım Cill Bayden qələbə nitqinin ardınca tərəfdarlarına əl yelləyirlər.

ABŞ prezident Barak Obama, birinci xanım Mişel Obama, vitse-prezident Co Bayden and ikinci xanım Cill Bayden qələbə nitqinin ardınca tərəfdarlarına əl yelləyirlər.

Seçki nəticələri göstərir ki, prezident Barak Obama Respublikaçı rəqibi Mitt Romnini məğlub edərək ikinci dönəm prezidentliyə vəsiqə qazanıb.

Tərəfdarları qarşısında söylədiyi qələbə nitqində Amerikanı qarşıda yaxşı gələcəyin gözlədiyini bildirib. Amerika xalqının mətanətli olduğunu qeyd edən prezident Obama belə bir millətə liderlik etdiyindən fəxarət duyduğunu bəyan edib. O, Amerikanın gələcəyinə böyük ümidlə baxdığını deyib, və amerikalıları bu ümidi paylaşmağa səsləyib.

Mitt Romni tərəfdarları qarşısında etdiyi təslim çıxışında Barak Obamanı qələbə münasibətilə təbrik etmiş və ona ölkəni idarə etməkdə uğurlar arzulamışdır.

Çikaqoda prezdentin tərəfdarları bayraqlar yelləmiş və qələbə xəbərini sevinclə bayram etmişlər. Şənliklər Obamanın tələb olunan 270 elektoral səsi udmasından sonra başlayıb.

Qələbə münasibətilə Nyu-York şəhərindəki Empire State binası Demokrat Partiyasının rəngi olan göy rəngdə işıqlandırılıb.

Son nəticələr Barak Obamanın rəqibi Romnini 303:203 elektoral nisbətində məğlub etdiyini göstərir.

Təxmin ediləın nəticələrə əsasən president Obama paytaxt Vaşinqtonda və 25 ştatda, o cümlədən həlledici döyüş meydanları sayılan Ohayo, Virciniya, Ayova, Nyu Hempşir və Pennsilvaniyada qələbə çalıb. Romni isə 23 ştatda, o cümlədən ötən seçkilərdə Obamanın qazandığı İndiana və Şimali Karolina ştatlarında qalib gəlib.

ABŞ-da prezident seçkilərinin nəticələri birbaşa səsvermənin nəticələri ilə deyil, ştatların əhalisinə müvafiq tənzimlənmiş iki əsrlik tarixi olan elektoral kollegiya sistemi ilə müəyyən olunur.

Bu gün prezident seçkiləri ilə yanaşı Nümayəndələr Palatasının 435, 100 yerli Senatın isə 33 yerinə namizədlər seçiləcək.

XS
SM
MD
LG