Accessibility links

Sabah nayabr ayının 11-i müharibələrdə iştirak edən ABŞ ordusunun hərbi qulluqçularının xatırəsini yad etmək üçün Amerikada Veteranlar Günü kimi qeyd edilir.

Bu, keçən ilin dekabr ayında ABŞ qoşunları İraqı tərk edəndən sonra ilk Veteranlar Günü bayramıdır.

ABŞ prezidenti hər Veteranlar Günündə olduğu kimi sabah da Arlington Milli Qəbiristanlığında Naməlum Əsgər məzarının üzərinə əklil qoymağı planlaşdırır.

Amerika boyu icmalar ənənəvi olaraq Veteranlar Günü tədbirləri keçirir. Həmin gün federal idarələr çalışmır.

Başlanğıcı Birinci Dünya müharibəsinə təsadüf edən Veteranlar Günü bütün müharibələrdə vuruşmuş Amerika əsgərlərinin xatirəsini yad edir.
XS
SM
MD
LG