Accessibility links

Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenko parlament seçkilərinə etiraz olaraq keçirdiyi aclıq tətilini dayandırıb.

Ukraynanın səhiyyə nazirinin müavini Raisa Moisenkonun bildirdiyinə görə, Timoşenko 17 günlük aclıq tətilinə bu gün alman həkimlərlə Xarkov xəstəxanasında görüşündən sonra son qoyub.

Müxalifət lideri aclığa oktyabr ayının 29-da seçkilərdən bir gün əvvəl başlayıb.

Beynəlxalq müşahidəçilər və ABŞ seçkiləri tənqid edib.

Yuliya Timoşenko vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Sabiq baş nazir həbsinin prezident Viktor Yanukoviçin siyasi rəqibini aradan götürmək cəhdinin nəticısi olduğunu deyir.
XS
SM
MD
LG