Accessibility links

Sendi qasırğası Nyu-Yorkun nəhəng turizm sənayesinə ağır zərbə vurdu [Video]




Sendi qasırğası Nyu-York tarixində ən güclü qasırğa kimi yadda qalıb. Qasırğa nəticəsində Manhettan, Bruklin, Staten Aylen və Kuins məhəllələrində minlərlə ev və biznes idarəsi su altında qalıb, nəqliyyat sıradan çıxıb. Sendi eləcə də Nyu-Yorkun nəhəng turizm sənayesinə böyük zərbə vurub.

Hər il Nyu-Yorka 50 milyon ziyarətçi gəlirdi və al-verə, müxtəlif əyləncələrə 55 milyarddan çox pul xərclənirdi. Lakin Sendi qasırğası və onun nəticələri turistlərin narahatlığına səbəb olub. Bu turist qadın çoxdandır Nyu-Yorka səfəri planlaşdırdığını və baş verənlərdən sonra buraya gələ bilməyəcəyini düşündüyünü, lakin fikrini dəyişdiyini deyir.

Brodvey teatrına gələnlərin çoxu başqa şəhərlərdəndir. Hər il bilet satışından bir milyard dollar əldə edilir.

Sendi qasırğasndan sonra səhnələr üç gün qaranlığa qərq oldu. Bu, teatrın tarixində ən uzun müddətli fasilə, bilet satışları üçün isə 8 milyon dollar itki idi.

Brodvey Liqasının prezidenti Şarlot Martin Nyu-York qaranlıq olanda bunun Brodvey üçün nə demək olduğunu anlatmağa çalışır. Şarlot Martin deyir ki, tamaşalar davam etməlidir. O, Brodveydə baş verənlər üçün orada çalışan hər kəsin, aktyordan tutmuş prodyüserə, hətta fəhləyə qədər hər kəsin cavabdehlik hiss etdiyini deyir.

Nensi Pleger Manhettan Ticarət Palatasının prezidentidir. O, ilk növbədə turistlərin narahat olduqlarını etiraf edir. “Hər yer bağlı idi. Onlar nə alış-verişə gedə bildi, nə internetdən istifadə edə bildi, elə mehmanxana otaqlarında oturdu və yalnız yerli restoranlara gedə bildilər. Onlar hətta parklara belə gedə bilmədilər.”

The Circle Line tur avtobusları turistləri Manhettan boyu gəzdirir. Qasırğa zamanı bu biznesə o qədər ziyan dəyməsə də, sözçü Ceyson Hakket yalnız gəmilərin yan aldığı kiçik limanların suyun altında qaldığını deyir. “Su iki metr yarıma qədər qalxmışdı, elektrik sistemi, kompyuter sistemi sıradan çıxmışdı və bütün bunları təmir etmək, qonaqları gəzdirən gəmilərin nizama salınması üçün bizə bir neçə gün vaxt lazım oldu.”

Şirkət işə başladığı ilk gün 12 minə qədər insan şəhəri görmək üçün limana gəlmişdi.
Qloria Çilen adlı turist Nyu-Yorka gəlməyin onun böyük arzusu olduğunu, lakin burada dəhşətlə üzləşdiyini deyir. O, hər şeyin yenidən qaydaya düşməyə başladığını, Amerikanın fantastik bir ölkə, Nyu-Yorkun isə ən gözəl şəhər olduğunu deyir.

Lakin turistlər qasırğanın təsirinə məruz qalan munlərlə nyu-yorklunun hələ də əziyyət çəkdiyini, bəzilərinin işıqsız, bəzilərininm isə hələ də evsiz-eşiksiz qaldığını görmür.
Lakin bütün bunlara baxmayaraq şəhər yaşayır. Bir nyu-yorklu yazıçının dediyi kimi, “yüksəlməyə davam edən heç bir şeyin aşağıda saxlamaq olmaz”.
XS
SM
MD
LG