Accessibility links

Çilidə tələbələr polislə toqquşub


Çilidə təhsil islahatları uğrunda keçirilən tələbə nümayişləri zorakı xarakter alıb.

Santyaqoda nümayişçilərlə polislər arasında yumruq davası düşüb. İğtişaş polisi toqquşmanı dağıtmaq üçün suvuran maşınlardan və dəyənəklərdən istifadə edib.

Tələbələr gileylənirlər ki, Çilinin təhsil sistemi qeyri-adekvat ictimai məktəbləri və bahalı özəl universitetləri ilə gənclərin marqlarına xidmət etmir.

Hökumət təhsil xərcləri üçün 1 milyard dollar xərcləməyi planlaşdırır, lakin tələbələr bunun kifayət etmədiyini deyirlər.

Tələbələr ötən ildən bəri nümayişlərə başlayıblar.
XS
SM
MD
LG