Accessibility links

Qahirədə Məhəmməd Mursiyə qarşı nümayişlər vüsət alır


Təhrir meydanında gecə düşürkən, 27 noyabr 2012
Təhrir meydanında gecə düşürkən, 27 noyabr 2012
Qahirənin Təhrir meydanında minlərlə adam Misir prezidenti Məhəmməd Mursiyə etiraz edir. Nümayişlər prezidentin ali hakimlərə yeni fərmanını qüvvədə saxlayacağını deməsindən sonra vüsət alıb.

İğtişaş polisi nümayişçilərə gözyaşardıcı qazdan atəş açaraq onları geri itələməyə çalışıb.

Amerikanın Səsinin şəhərdəki müxbiri qarşıdan gələn günlərdə nümayişlərin böyüyəcəyini deyir, hərçənd ki, Mursinin Müsəlman Qardaşları təşkilatındakı tərəfdarları əks-nümayişlərə çağırıblar.

Bir müxalifətçi prezident Mursinin ədliyyə rəsmilərinə dediklərinin nümayişçləri sakitləşdirmək üçün ritorika olduğunu deyir.

"Mursinin konstitutsional bəyanatını izah edən şərhlər ağrıkəsici rolunu oynayır. Biz belə şeylərə öyrəşmişik," deyə o, bildirib.

Müxalifət qrupları cənab Mursinin fərmanı ləğv etməsini tələb edirlər. Onlar prezidenti öz sələfi Hüsni Mübarək kimi əlində diktatorial səlahiyyətlər cəmləşdirməyə çalışmaqda ittiham edirlər.
XS
SM
MD
LG