Accessibility links

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi barədə intizam icraatı başlanıb


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və Beynəlxalq Unuversitetin sabiq rektoru Elşad Abdullayev

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və Beynəlxalq Unuversitetin sabiq rektoru Elşad Abdullayev

Məhkəmə-Hüquq Şurası bildirir ki, Ağababa Babayevlə bağlı videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Trend agentliyinin məlumatına görə, iclasda qeyd olunub ki, məhkəmə sistemində korrupsiya, süründürməçilik və digər qanun pozuntularına qarşı qəti mübarizə aparılaraq, təkcə son 3 il ərzində 52 hakim barədə intizam icraatları başlanılıb, 5 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə bağlı internetdə yayılmış videoyazıya dair məsələ də iclasın gündəliyinə daxil edilib, bu barədə Baş Prokurorluğun məlumatı müzakirə olunub. Bildirilib ki, videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Kodeksinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir.

İclasda belə hallara qarşı barışmaz münasibət qeyd olunmaqla, hakim Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb.

Şurada qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Hacıqabul rayon məhkəməsinin hakimi Həmid Əzizova töhmət verilib, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevə irad tutulub.
XS
SM
MD
LG