Accessibility links

Şaxtalı havada ürəkləri əridən əməl


Lawrence DePrimo evsiz adama ayaqqabı bağışlayır
Lawrence DePrimo evsiz adama ayaqqabı bağışlayır
Soyuq noyabr gecəsində Tayms meydanında Nyu York şəhər polis zabitinin diz üstə oturaraq ayaqyalın evsizə bir cüt ayaqqabı verməsini göstərən foto cəmiyyətdə böyük əks-səda doğurub.

Noyabrın 14-də zabit Lawrence DePrimo Tayms Meydanında əks-terrorizm növbəsini icra edərkən 42-ci küçədə evsiz adamın ayaqqabısız oturduğunu görüb. 25 yaşlı DePrimo ərazini tərk edib, bir neçə dəqiqə sonra yaxınlıqdakı Skechers mağazasından 100 dollara aldığı bir cüt çəkmə ilə qayıdıb.

“Hava yaman şaxtalı idi və kişinin ayaqlarında sazağlar görünürdü,” deyə polis departamentinin üç illik əməkdaşı bildirdi. "Mən iki cüt corab geymişdim, amma hələ də soyuq hiss edirdim.”

Bu humanist əməli fotoya Arizona ştatından Nyu Yorka turist qismində gəlmiş Cennifer Foster alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG