Accessibility links

Dövlət Departamenti: Şimali Koreyanın raket sınağı keçirmək planları regionda sülh və təhlükəsizliyə hədə təşkil edir


Birləmiş Ştatlar Şimali Koreyanın uzun mənzilli raket sınağı keçirmək planlarının təhrikedici mahiyyət daşıdığını bildirərək, regionda sülh və təhlükəsizliyə hədə təşkil edəcəyini bəyan edib.

ABŞ Dövlət Departamenti bəyanatını Şimali Koreyanın rəsmi xəbər agentliyi bu ay uzun mənzilli raket sınağı keçirəcəyini elan etməsindən sonra açıqlayıb. Dövlət Departamenti həmçinin bəyan edib ki, öz ehtiyatlarını nüvə silahları və uzun mənzilli raketlər istehsalına sərf etməsi Şimali Koreyanın daha da təcrid edilməsi və yoxsullaşmasına gətirib çıxaracaq.

Yaponiyanın Kiyodo xəbər agentliyi Yaponiya hökumətinin raket sınağı ilə əlaqədar Şimali Koreya ilə diplomatik danışıqları təxirə saldığı haqda məlumat verib.

Şimali Koreyanın mərkəzi xəbər agentliyi raket sınağının dekabrın 10-u və 20-i arasında keçiriləcəyi haqda xəbər verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG